BİZNES

Sahibkarlar üçün pulsuz qeydiyyat təklifi
25 APREL
296

Sahibkarlar üçün pulsuz qeydiyyat təklifi

2016-04-25 19:13:00

“İpək yolu” Beynəlxalq Ticarət Palatası Azərbaycan sahibkarlarını Beynəlxalq Ticarət Palatasının onlayn portalında qeydiyyatdan keçməyə dəvət edir. Fins.az-ın məlumatına görə, bunu Azərtac-a müsahibəsində “İpək yolu” Beynəlxalq Ticarət Palatasının sədri Lyu Yanzonq deyib. “Hesab edirəm ki, bu, Azərbaycan sahibkarları üçün çox önəmli bir fürsət ola bilər. Portalda sahibkarlar heç bir ödəniş etmədən istehsal etdikləri məhsulları və məhsullar haqqında məlumatları yerləşdirə bilərlər”, - deyə palata sədri bildirib.

O qeyd edib ki, Avropa və Asiyanın qovuşuğunda yerləşən Azərbaycan güclü strateji mövqeyə malikdir. Buna görə də Çin Azərbaycanla iqtisadi sahədə əməkdaşlığı daha da genişləndirməkdə maraqlıdır.

Palata sədri, həmçinin qeyd edib ki, Azərbaycan, Gürcüstan və Qazaxıstandan keçən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu mühüm əhəmiyyətə malikdir və Avropa ölkələrindən, o cümlədən Azərbaycan və Gürcüstandan məhsullar bu marşrutla birbaşa Çinə daşınır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272