BİZNES

Azərbaycanda ƏDV-nin dəyişdirilməsi - TƏKLİF EDİLDİ
25 APREL
721

Azərbaycanda ƏDV-nin dəyişdirilməsi - TƏKLİF EDİLDİ

2016-04-25 13:08:00

"Azərbaycanda ƏDV-nin differensasiyasını aparmağa ehtiyac var". 

Fins.az xəbər verir ki, bunu "Sahibkarlar Günü"nün təsis edilməsinə həsr olunmuş konfransda "Karat Holdinq" MMC-nin direktoru Taleh Qasımov bildirib. 

"Bizim bir neçə təklifimiz var. Məsələn, ƏDV-nin differensiyasına yenidən baxılmalıdır. Düşünürəm ki, "Mercedes" markalı avtomobilin ƏDV-si ilə çörəyin ƏDV-si eyni olmalı deyil. Bundan başqa, biz Azərbaycanda gömrük nəzarəti altında müvəqqəti idxal prosedurlarını müşahidə etməliyik. Bu, Azərbaycanın idxal potensialını inkişaf etdirəcək, ölkəyə valyuta daxilolmalarının həcmini artıracaq. Bundan başqa, ixrac coğrafiyamız da genişlənməlidir. Bu istiqamətdə biz sahibkarlar əhəmiyyətli addımlar atmalıyıq. Çalışmalıyıq ki, "Made in Azerbaijan" loqolu məhsulları daha çox xarici bazarlara çıxaraq", - deyə T. Qasımov bildirib.

Holdinq rəhbəri qeyd edib ki, son dövrlər dövlət tərəfindən sahibkarlara verilən dəstək, lisenziyalaşdırma və gömrük sahələrində aparılan islahatlar sahibkarları sevindirir.

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272