BİZNES

Azərbaycanda antibiotik və ürək dərmanı buraxılacaq
22 APREL
421

Azərbaycanda antibiotik və ürək dərmanı buraxılacaq

2016-04-22 16:45:00

Sumqayıt Kimya-Sənaye Parkının ərazisində yaradılacaq dərman preparatlarının istehsalı üzrə Azərbaycan-İran birgə müəssisəsinə 30 milyon dollardan çox investisiya qoyulacaq. Fins.az «Trend»ə istinadən xəbər verir ki, bu barədə İranın “Darou Pakhsh” -əczaçılıq şirkətinin rəhbəri Kambiz Amcadi bildirib.

Xatırladaq ki, bu layihə ilə əlaqədar İran şirkəti SKSP, Azərbaycan İnvestisiya Şirkəti və Azərsun Holdinqlə anlaşma memorandumu imzalayıb.

“Birgə müəssisənin səhmlərinin 49%-i İran tərəfinə, 25%-i Azərbaycan İnvestisiya Şirkətinə, 26%-i isə Azərsun Holdinqə məxsus olacaq” – deyə Amcadi qeyd edib.

Onun fikrincə, zavod yaxın 2 il ərzində istismara veriləcək. Müəssisəədə 90-dan çox dərman preparatı istehsal ediləcək. Bunların arasında ürək-damar, yoluxucu və qeyri-yoluxucu xəstəliklərə qarşı dərmanlar, müxtəlif növ antibiotiklər olacaq.

Bir qədər əvvəl isə Azərbaycan-İran hökumətlərarası komissiyasının ticarət-iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə katibliyinin rəhbəri Mehdi Möhtəşəmi bəyan edib ki, birgə müəssisə daxili dərman tələbatını ödəməklə yanaşı, ixracla da məşğul olacaq.

Darou Pakhsh - İranın və regionun iri əczaçılıq şirkətidir. Bu kommersiya strukturu özündə 10 şirkəti birləşdirən DarouPakhsh Holding-ə daxildir. Holdinq dərman və tibbi vasitələrin istehsalı, satışı ilə məşğuldur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274