BİZNES

Azərbaycanda traktor istehsalı azalıb
20 APREL
309

Azərbaycanda traktor istehsalı azalıb

2016-04-20 10:52:00

2016-cı ilin I rübündə Azərbaycanda 226 traktor istehsal edilib. Bu, 2015-ci ilin analoji dövr göstəricisindən 19 faiz azdır.

Fins.az-ın məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin cari ilin I rübünün yekunları üzrə hesabatında deyilir.

2016-cı ilin ilk üç ayında Azərbaycanda 46 yük avtomobili istehsal edilib ki, bu da 2015-ci ilin analoji dövrünün göstəricisindən 63,5 faiz azdır.

Qeyd edək ki, Azərbaycanda nəqliyyat vasitələrinin istehsalı üzrə iki zavod - Naxçıvan və Gəncə avtomobil zavodları fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272