BİZNES

Öz biznesini qurmaq istəyən gənclər üçün müsabiqə başlayır
18 APREL
553

Öz biznesini qurmaq istəyən gənclər üçün müsabiqə başlayır

2016-04-18 19:27:00

“Youth Inc.” gənclərin sahibkarlıq proqramı öz biznesinə başlamaq istəyən və hazırda yeni biznesini inkişaf etdirən gənc sahibkarları “Paylaş. Qazan. Biznesinə başla!” adlı onlayn müsabiqədə iştirak etməyə və 2 500 manatadək ilkin investisiya əldə edərək “Youth Inc.” Biznes İnkubasiya Mərkəzinin imkanlarından yararlanmağa dəvət edir. “Coca-Cola” və Gənclər və İdman Nazirliyini dəstəyi ilə “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi (DVC) tərəfindən 2013-cü ildən həyata keçirilən “Youth Inc.” proqramı gənc sahibkarlığın inkişafı geniş imkanlar təklif edir.

DVC-dən fins.az-a bildirilib ki, bu müsabiqə vasitəsilə gənc sahibkarların biznes-ideyaları ictimaiyyət tərəfindən qiymətləndiriləcək və gənclər ideyalarını reallaşdırmaq üçün müəyyən investisiya əldə edəcək. Biznes ideyası olan və ideyanı həyata keçirməyə hazır hər bir 18-35 yaş arasındakı gənc sahibkar komandası ilə birgə müsabiqəyə qatıla bilər.

Bunun üçün biznes-ideyanı share.youthinc.az ünvanında qeydiyyatdan keçirmək lazımdır. On gün ərzində biznes-ideyanın müsabiqəyə buraxılması təsdiqlənəcək və “Youth Inc.” proqramının “Facebook” səhifəsində yerləşdiriləcək. Bundan sonra, səhifədən biznes-ideyanın paylaşımları (“share”) həyata keçiriləcək. On dörd gün ərzində müsabiqənin qaydalarına əməl etməklə, ən çox paylaşılan biznes-ideya sahibi hər paylaşıma görə 1 AZN əldə edəcək. Qalib biznes-ideya 2 500 AZN-dək investisiya qazanacaq. Müraciətlərin qəbulu aprelin 22-də saat 18:00-da başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272