BİZNES

BP-nin səhmdarlarından şirkətin baş icraçı direktorunu narazı salan qərar
18 APREL
356

BP-nin səhmdarlarından şirkətin baş icraçı direktorunu narazı salan qərar

2016-04-18 08:30:00

BP-nin səhmdarları şirkətin baş icraçı direktoru Robert Dadlinin maaşının 20 milyon dollar olmasına “yox” deyib. Fins.az xəbər verir ki, dünyanın ən böyük enerji şirkətlərindən olan İngiltərənin “British Petroleum” (BP) şirkətinin səhmdarları BP-nin baş icraçı direktoru Robert Dadlinin illik maaşının qonorar ilə birgə 20% artırılaraq 20 milyon dollara çatdırılmasını istəməyiblər. BP-nin investorları bununla bağlı keçirilən səs vermədə 59% “yox” səsi verərək şirkətin idarə heyətinin təklifini rədd ediblər. Xatırladaq ki, neftin ucuzlaşan qiymətlərinin təsiri ilə keçən il son 20 ilin ən böyük həcmdə - 6,5 milyard dollar zərərlə üzləşdiyini açıqlayan BP 5 min işçisini də ixtisar etmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275