BİZNES

Tanınmış türk biznesmeni ​Türkiyəni tərk edir
16 APREL
815

Tanınmış türk biznesmeni ​Türkiyəni tərk edir

2016-04-16 12:43:00

Türkiyənin inşaat sektorunun lider şirkətlərindən olan "Ağaoğlu Şirkətlər Qrupu"nun sahibi Ali Ağaoğlu ölkədə icrası davam edən layihələri bitirdikdən sonra Türkiyədə bizneslə məşğul olmayacağını açıqlayıb. Fins.az xəbər edir ki, beynəlxalq bazarlarda iş təcrübəsi olan insanları şirkətinə cəlb edən A.Ağaoğlu restrukturizasiya işlərini tamamladığını və bundan sonra İranda bizneslə məşğul olacağını bildirib. 

"Axşam" qəzetinin müxbiri Şenay Koşdərənin xəbərinə görə, Ağaoğlunun Türkiyəni tərk etməsinin səbəbi planlaşdırılan yeni layihələrin heç birinin həyata keçə bilməməsidir. A.Ağaoğlu bunun səbəbini bürokratik əngəllərdə görür: "Əllərində biznesmenlərin siyahısı var və bu adamların işi getməyəcək deyirlər. Davam edən layihələrimizi bitirib, xaricə gedəcəyik".

Dövlətdən 380 milyon türk lirəsi (133 milyon dollar) alacağı olduğunu bildirən iş adamı illərdir bu pulu (ƏDV) ala bilmədiyini açıqlayıb və bunun səbəbini bürokratik əngəllərdə, səriştəsiz məmurlarda gördüyünü bildirib.

A.Ağaoğlunun hazırda davam edən 4 layihəsi var və bunların 2018-ci ilədək bitəcəyi ehtimal edilir. 

Mənbə: "Report"

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272