BİZNES

Sizə zəngin olmağa mane olan - 7 PİS VƏRDİŞ
15 APREL
865

Sizə zəngin olmağa mane olan - 7 PİS VƏRDİŞ

2016-04-15 13:00:00

Siz bunun fərqinə varmaya bilərsiniz, lakin sizin davranışınız sizə daha çox qazanmağa mane olur. Hətta qənaətcil xasiyyətiniz olsa belə razılaşarsınız ki, çox qazanmaq – yaxşıdır. Büdcəyə ciddi riayət xərcləri azaltmağa və pul vəsaitinə qənaət etməyə imkanı verir. Qənaət etdiyiniz vəsait isə uzunmüddətli maliyyə inkişafınızın təməli ola bilər. Ancaq bu ilk baxışdan sadə və uğurlu strategiya “Sizin gəliriniz” qarşısında tab gətirməyə bilər. Digər hallarda daha çox gəlir həyat tərzini nəzərə çarpan qədər asanlaşdırır.

Əksər insanlar bunu anlayır, amma bu sadə həqiqətlərə gündəlik həyatda fikir vermir, riayət etmirlər və nəticədə onlar öz potensialını boğurlar. Burada sizə zəngin olmağa mane olan 7 pis vərdişlə tanış ola bilərsiniz:

1. Sizin sövdələşmə qabiliyyətiniz yoxdur

Hər bir şeyi razılaşdırmaq mümkündür. Bu o demək deyil ki, siz hər zaman istədiyinizi əldə edəcəksiz, lakin öncədən heç nə istəməsəniz o, zaman dəqiq heç nə əldə etməyəcəksiniz. Buna misal iş müsahibəsində maaşla bağlı danışıqları götürə bilərik. Əksər hallarda işəgötürən sizə maaşın maksimum rəqəmini açıqlamır, maksimum məbləği təklif etmir. Əgər siz öz bilik və bacarıqlarınıza əminsinizsə, öncədən əmək bazarını araşdıraraq, öz işinizin təqribi qiymətini bilirsinizsə, bu zaman daha çox maaş istəyinizdə pis heç bir şey yoxdur.  Ən pis halda sizə “yox” cavabı verərək, daha az məbləği təklif edəcəklər.

Hətta “başqa, daha yaxşı variantı yoxdu” soruşmamışdan öncə heç vaxt ilk təklif olunan variantı qəbul etməyin.

2. Siz özünüzə investisiya edə bilmirsiniz

Əfsanəvi investor Uorren Baffet dediyi kimi, “Sizin əsas aktiviniz - özünüzsüz”. Siz qiymətli kağızlara, daşınmaz əmlaka və ya digər sahələrə investisiya edə bilərsiniz, lakin unutmayın ki, ən yaxşı yatırım öz inkişafınıza etdiyiniz investisiyadır.

Öz həyatınızda qərarları siz verirsiniz və nə qədər maaş alacağınızı da, ancaq siz özünüz qərarlaşdıra bilərsiniz. Yaxşı bilik, bacarıq, səhhət və təcrübə toplasanız, işəgötürən üçün də bir o, qədər qiymətli olacaqsınız. Daha vacib qərarlar verməyə başlayın və daha çox gəlir əldə edin.

3. Siz dar düşüncəlisiniz, dünyagörüşünüz yoxdur

Əgər siz bu və ya digər sahəyə investisiya etməyi planlaşdırırsınıza təkcə bir müəssisə ilə kifayətlənməyin. Bu bir çox peşə və ixtisaslara aiddir. Əksər insanlar illərlə bir ofisdə oturaraq, karyerə yüksəlişi gözləyir və ya hər qəpiyini öz startup layihələrinə yatırırlar. Bu çox təqdirə layiq bir şeydir, amma uzunmüddətli inkişaf baxımından belə dar düşüncə sizin daha çox gəlir əldə etməyinizə mane ola bilər.

Əlavə gəlir mənbəyi yaratmaq və sırf bir dənə gəlir mənbəyindən asılı qalmamaq daha yaxşı variantdır. Bilmək olmaz nə vaxt karyeranız qəfil uçuruma düşə bilər. Əgər sizin əlavə-ehtiyyat strategiyanız varsa, misal üçün siz daşınmaz əmlak kirayə versiniz və ya əlavə bizneslə məşğulsunuzsa, bu zaman karyeranızda baş verə biləcək hər hansı bir mənfi dəyişiklik sizi müflis etməyəcək.

4. Siz əldə etdiyinizlə kifayətlənirsiniz

Bu yanaşma formasını qəbul etdiyiniz halda bir neçə ildən sonra həvəsdən düşdüyünüzə və ümumiyyətlə motivasiyanızın olmadığını görəcəksiniz. Siz işlədiyiniz şirkətdə əldə etmiş olduğunuz yer və nailiyyətlə kifayətlənəcəksiz.

Gələcək inkişafa mane olan belə razılıq bir çox sahələrdə müşaiyyət olunur. Məsələn: Siz işinizə daha az enerji və diqqət sərf etməyə başlayırsınız və nəticədə şirkət sizi qiymətli əməkdaş hesab etmir. Digər misal: Siz mövcud əmək haqqından razısınız və yeni bilik və bacarıq əldə etdiyinizə baxmayaraq, gəlir artımı istəmirsiniz. Bir qayda olaraq iş mühitində özünüzü “közərən ocaq” kimi hiss edirsinizsə vaxtı dəyişiklik etmək lazımdır.

5. Siz ancaq sizdən gözlənilən işi yerinə yetirirsiniz

Məqsədin olması uğur əldə etmək üçün çox vacibdir, eyni zamanda bəzən məqsəd sizin fəaliyyətinizi sərhədləyə bilər. Misal üçün marafon idmançılarını nəzərdən keçirək. 42 km 195 m bu çox konkret bir məsafədir və əminliklə demək olar ki, məsafə 43 və ya 44 km-ya artırılsa, əksər idmançılar bu artımı hiss etməyəcək.

Buna baxmayaraq hər kəs 42 km-da dayanır. Həyatınızın təhsil, bacarıq, karyerə, əmək haqqı sahələrində qarşınıza məqsəd qoyduğunuz zaman özünüz aldada bilərsiniz. Yalnız qoyulmuş minimal məqsədlərlə kifayətlənmək olmaz, hər zaman “daha çox”-a can atın.

6. Siz çox sədaqətlisiniz

Hər birimizin həyatında belə ann olub ki, heç bir gələcək inkişaf prespektivi olmayan işimizdə sırf sədaqətliyimizə görə qalmağa qərar vermişik. İşinizin çıxılmaz bir halda olduğunu bilərək, sadəcə işəgötürənə qarşı sədaqətliyə görə bu işinizdən ayrılmamaq yaxşı və rahat bir qərar kimi görünə bilər. Ancaq əgər siz sədaqət yolunda öz məqsədlərinizi və mümkün şəxsi inkişafınızı qurban verirsinizsə bu qətiyyən düzgün qərar deyil. 

7. Siz pulun iş görməsinə nail ola bilmirsiz

Əlavə gəlir mənbəyi yaratmaq tövsiyyəsi bu halda da keçərlidir. Müəyyən məbləği topladıqdan sonra onun bank hesabınızda yatıb, qalmasına imkan verməyin. Onları sizin xeyrinizə işləməyə sövq edin. Səhimlər, istiqrazlar və ya qarşılıqlı investisiya fondlarına yatırım edib və passiv gəlir əldə etməyə başlayın. Ya da təhsilinizin artırılmasına pul xərcləyin, öz imkanlar dairənizi genişləndirin. Siz pulunuzu daha da artıra bildiyiniz halda, onların sadəcə “yatmasına” imkan verməyin.

Bütün bunlar çox sadə görünsə belə, əlavə gəlir əldə etmək zəngin olmağın ilk addımıdır. Pul qazanmaq pul lazımdır. Fərqi yoxdu bütün borclarınızı bağlayaraq, öz müstəqil həyatınız təmin etmək, karyeranızı artırmaq və ya sadəcə öz maliyyə vəziyyətinizi yaxşılaşdırmaq üçün pul qazanmaq istəyirsinizə ilk öncə yuxarıda qeyd edilmiş 7 vərdişi tərgitmək lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270