BİZNES

Qaxda otel tikənə güzəştli kredit veriləcək
14 APREL
471

Qaxda otel tikənə güzəştli kredit veriləcək

2016-04-14 15:17:00

Qaxda otel tikənlərə güzəştli kredit veriləcək. Fins.az-ın məlumatına görə, bu barədə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən aprelin 14-də Qax rayonunun Zəyəm kəndində keçirilən forumda bildirilib. Forumda sahibkarlara güzəştli kreditlər, belə kreditləpin alınması üsulları, Qaxda həyata keçirilməsi məqsədəuyğun hesab olunan layihələr barədə məlumat verilib.

70-ə yaxın sahibkarın iştirak etdiyi forumda Qax rayonunda prioritet hesab olunan layihəər açıqlanıb. Bildirilib ki, iri fermer, bağçılıq, cins heyvandarlıq, tütünçülük və arıçılıq təsərrüfatlarının, çörək istehsalı və meyvə emalı müəssisələrinin təşkili və otelin yaradılması üzrə investisiya layihələr rayon üzrə prioritet sayılır. Sahibkarlara bildirilib ki, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilə bilər. Tədbirdə sahibkarlara metodiki materiallar da paylanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275