BİZNES

Sahibkarlar üçün cəzalar yüngüləşdiriləcək – PREZİDENT
13 APREL
552

Sahibkarlar üçün cəzalar yüngüləşdiriləcək – PREZİDENT

2016-04-13 10:16:00

Azərbaycanın Cinayət Məcəlləsində vergidən ayınma və iqtisadi cinayətlərlə bağlı bəzi maddələr üzrə cəzalar yüngülləşdirilə bilər. Fins.az-ın məlumatına görə, bu barədə prezident İlham Əliyevin aprelin 12-də Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyəti ilə göürüşündə bildirilib. 

2 min manat həddən artıq çoxdur

Görüşdə “Deloitte and Touche” MMC-nin Azərbaycan ofisinin nümayəndəsi Nurlan Kərimov Cinayət Məcəlləsində 2 min manatlıq vergidən yayınmaya görə cinayət məsuliyyətinin nəzərdə tutulmasını həddən artıq sərt cəza olduğunu dövlət başçısının diqqətinə çatdırıb: «İcazə verin, bütün üzvlər tərəfindən bəhs olunan mühüm bir məqamı qeyd edim. Cinayət Məcəlləsinin hazırkı oxunuşunda vergidən yayınma halı kimi xarakterizə olunan fəaliyyətdə 2 min manat məbləği əsas rol oynayır və bunun üçün cinayət məsuliyyəti yaranır. Biz vergidən yayınma və digər qanunsuzluqlarla mübarizəni tam dəstəkləyərək təklif edirik ki, bu məbləğ artırılsın. Çünki bir çox hallarda vergidən yayınma niyyəti olmasa da, şəxsi mülahizəyə görə bu məbləği aşan sahibkar vergidən yayınan kimi cinayət məsuliyyətinə cəlb oluna bilər».

Prezident bu təkliflə razılaşıb

İlham Əliyevin sözlərinə görə, doğrudan da 2 min manat məbləği cinayət ittihamı üçün kiçik məbləğdir. Dövlət başçısı ümumiyyətlə, Azərbaycanda Cinayət Məcəlləsində bəzi dəyişikliklərin edilməsini, cinayət məsuliyyəti yaradan halların azaldılmasını vacib sayıb: «Ümumiyyətlə, mən hesab edirəm ki, biz Cinayət Məcəlləsinin dekriminalizasiyası üzərində çalışmalıyıq. Kiçik qanun pozuntularına, məsələn, 2 min manat həcmində olan pozuntulara görə cəzaları nəzərdə tutan maddələr aradan qaldırılmalıdır. Hətta devalvasiyadan öncə 2 min manat o qədər də böyük pul deyildi. Düşünürəm ki, biz mütləq qaydada bunun üzərində çalışacağıq. Sizə bu təkliflərə görə təşəkkür edirəm».

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274