BİZNES

Prezident: Vaxt gələcək ki, SOCAR-ın da özəlləşdiriləcək
13 APREL
375

Prezident: Vaxt gələcək ki, SOCAR-ın da özəlləşdiriləcək

2016-04-13 10:02:00

Azərbaycan Prezidenti İlham Əliyev,  aprelin 12-də Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyətini qəbulu zamanı çıxışında SOCAR-ın da özəlləşdirə bilinəcəyini deyib:

"Dövlətə məxsus müəssisələr məsələsi. Razıyam ki, burada korporativ idarəetmə özəl şirkətlərdəki kimi olmalıdır. Mən bununla bağlı artıq belə müəssisələrin rəhbərlərinə göstərişlər vermişəm və bəzilərində artıq transformasiya prosesi başlamışdır. SOCAR-da, Xəzər Dəniz Gəmiçiliyi şirkətində müsbət dəyişikliklər var və ümid edirəm ki, digər şirkətlər də bu istiqamətdə işləyəcək. Onlar ilə özəl şirkətlər arasında yeganə fərq sadəcə səhmlərinin dövlətə məxsusluğu olacaqdır.

Eləcə də bax: Prezidentin sahibkarlarla söhbətinin - TAM MƏTNİ 

Bu, başadüşüləndir, çünki həmin müəssisələr strateji əhəmiyyətlidir. Bəlkə vaxt gələcək ki, onların səhmləri satışa çıxarılacaq və mən bunu ehtimal edirəm. Ancaq keçmişi və deyərdim, təfəkkürü nəzərə alsaq, onlar hazırda dövlətə məxsus olaraq qalmalıdır. Hansısa bir kənddə qaz olmayanda insanlar dövlət müəssisəsinin qapısını döyürlər. Yəni, vaxt gələcək və həmin şirkətlərin bir hissəsi satışa çıxarılacaq, ancaq hazırda korporativ idarəetmə çox vacib məsələdir. Eyni zamanda, hesab edirəm ki, sistemin daha səmərəli olması ilə bağlı sizin tərəfinizdən də müəyyən istiqamət təqdim edilməlidir. O zaman onlar daha səmərəli, şəffaf və açıq fəaliyyət göstərəcək, maliyyələşdirmə, yaxud digər formada daha fəal işləyəcəklər".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274