Müasir dünyada ticarət və yaşam şərtləri yeni inkişaf mərhələsinə keçib. Logistika və yükdaşımalar beynəlxalq ticarətin əsas hərəkətverici qüvvəsinə çevrilib. Yeni dünyanın yenilənmiş tələbləri yükdaşıma sahəsində fəaliyyət göstərən şirkətləri daha aktual edir. "Fins.az" ölkəmizdə logistika sahəsində "Elpost" yükdaşıma şirkətinin direktoru Fuad Həsənlinin müsahibəsini təqdim edir.
Karqo tələblərin dəyişdiyi bir şəraitdə "Elpost" tərəfindən hansı yeni logisik vasitələr tətbiq edilir?
Biz müştərilərimizin, hansılarınkı arasında fiziki və hüquqi şəxslər var, bağlamlarını, yüklərini Çindən Azərbaycana hava yolu ilə daşınmasını həyata keçiririk. Hava nəqliyyatında yüklərin növünə görə xüsusi daşınma qaydaları var. Elə məhsullar var ki, onları daşınması ya qadağandır, ya da xüsusi sənədlər əldə edildikdən sonra daşınması mümkündür. Biz müştərilərimizə daim tövsiyə edirik ki, əgər hansısa xüsusi bir yük gətirmək istəyirlərsə bizə bu barədə məlumat təqdim etsinlər. Biz tərəfdaşlarımızla əlaqə saxlayır və dəqiqləşdiririk ki, bu yükün daşınması üçün kim nə etməlidir və bu barədə müştərilərimizi məlumatlandırırıq. Elə məhsullar var ki, Çində onların eksportu qadağandır, və ya o məhsulu Materik Çindən eksport etmək qadağandır, amma Honkonqdan olar. Zənnimcə bizim yeniliyimiz budur, biz araşdırma edir və müştərilərimizə istiqamət və düzgün məlumat təqdim edirik.
Dünyada əsas problemlərdən biri də təhcizat zəncirlərindəki qırılmalardır sizin şirkət üçün hansı hallarda daşıdığı yükü çatdırmaqda çətinlik yarana bilər?
Bizim istər Çindəki, istərsə də Azərbaycandakı tərəfdaşlarımız, əməkdaşlarımız bu sahədə uzun müddətdir təcrübəsi olan şirkət və şəxslərdir. Bu səbəbdən də bizdə tərəfdaşlarla əlaqəli səbəblərdən çətinliklər olmur. “Fors major” hallar olur əlbəttə, amma biz bu halları analiz edir və təsir edib edə bilməyəcəyimizi araşdırırıq, əgər təsir edə biliriksə düzəlişlərimizi edir, tədbirlərimizi görürük.
Rəhbərlik etdiyiniz şirkətin əsas yükdaşıma istiqaməti Çin dövlətidir. Çində hazırda pondemiya ilə bağlı yüksək səviyyəli qapanma tədbirləri həyata keçiridiyi bildilir. Çindəki qapanma ilə bağlı sizin şirkətin müştərilərinin çətinliyi yaranıb?
Son iki ildə COVİD19 pandemiyasının olması, hazırda Çində davam etməsi bizdə dediyiniz qırılmaların baş verməsinə səbəb olur. Çünki , bəzi şəhərlərin ümumiyyətlə bağlanması halları baş verir və ya hava limanlarında əməkdaşlarda yoluxma məlum aşkar olunanda əməkdaşların hamısı deyil, bir qismi çalışa bilir və s.
Bütün bunları nəzərə alaraq biz hər gün Çində olan əməkdaşlarımız və tərəfdaşlarımızdan COVİD ilə bağlı məlumatlar əldə edirik. Bizə məlum olanda ki, bağlamaların çatdırılmasında gecikmələr baş verəcək, bu barədə müştərilərimizi məlumatlandırırıq. Biz müştərilərimizdən nə isə gizlətməyi sevmirik, fəaliyyətimizi şəffaf saxlayırıq, bizim üçün onların məmnuniyyəti çox vacibdir. Biz başa düşürük ki, gecikmələrin baş verməsində son nöqtədə cavabdeh bizik, müştərimiz deyil, sadəcə elə məqamlar var ki, biz onlara təsir edə bilirik, bəzilərinə isə edə bilmirik. Müştərilərimizdən isə çox razıyıq, sağ olsunlar, bizə anlayışla yanaşırlar.
Çindən Azərbaycana çatdırılma yalnız irihəcmli şirkətlər üçün həyata keçirilir yoxsa siravi vətəndaşlar da sizin xidmətdən istifadə edə bilər?
Biz İqtisadiyyat Nazirliyinin xüsusi lisenziyası əsasında fəaliyyət göstərən poçt daşıma şirkətiyik. Xidmətlərimizdən istər fiziki şəxslər, istər fərdi sahibkarlar, istərsə də hüquqi şəxslər istifadə edə bilərlər. İlkin olaraq saytımızda qeydiyyatdan keçməkləri kifayət edir. Dövlət Gömrük Komitəsinin sistemləri ilə inteqrasiyamız olduğundan müştərilərimizin sifarişləri haqqında lazım olan məlumatları avtomatik olaraq Dövlət Gömrük Komitəsinə təqdim edə bilirik.
"Elpost" Çindən yalnız daşıma xidməti göstərir?
Biz yalnız Çindən və onun xüsusi ərazisi olan Honkonqdan Azərbaycana daşınmalar həyata keçirən şirkətik. Növbəti aydan etibarən Honkonq anbarından yalnız hüquqi şəxslərin yüklərinin daşınması üçün istifadə edəcəyik. Biznesimizə başlayan zaman belə qərar verdik ki, əlimizdə olan bütün resursları, bacarıqları bir istiqamətdə sərf edək ki, mümkün qədər mükəmməl xidmət sistemi qura bilək.
"Elpost" Çindən başqa hansı ölkədən yükdaşıma həyata keçirir?
Biz yalnız materik Çin və Honkonqdan yükdaşımaları həyata keçirməklə məşğul oluruq.