BİRJA

Azərbaycanda BOKT 1 mln dollar dəyərində istiqraz buraxıb
08 OKTYABR
136

Azərbaycanda BOKT 1 mln dollar dəyərində istiqraz buraxıb

2019-10-08 17:27:00

“Finono” ASC bank olnayan kredit təşkilatı 1 milyon ABŞ dolları dəyərində istiqraz buraxıb. Söhbət hər birinin nominal dəyəri 1 000 dollar olan 1 000 ədəd istiqrazdan gedir.

Artıq qiymətli kağızların qapalı üsulla yerləşdirməsinə başlanılıb. Onların illik gəlirliliyi 9% təşkil edir. Faizlər müddətin sonunda ödəniləcək. Prosesin anderrayteri “Azfinance İnvestisiya Şirkəti” QSC-dir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır