BİRJA

Türkdilli dövlətlər Birgə İnvestisiya Fondu yaradacaq
03 OKTYABR
89

Türkdilli dövlətlər Birgə İnvestisiya Fondu yaradacaq

2019-10-03 11:43:00

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) çərçivəsində Birgə İnvestisiya Fondu yaradılacaq.

Fins.az xəbər verir ki, bu barədə Türk Şurasının Baş katibinin müavini Qismət Gözəlov Naxçıvan sazişinin imzalanmasının 10 illiyi münasibətilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkil etdiyi konfransda bildirib.

"İqtisadi əməkdaşlıq təşkilatımızın vacib ünsürüdür. Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın bu istiqamətdə birgə addımları bəhrəlidir. Həmçinin Birgə İnvestisiya Fondunun yaradılması üzrə böyük işlər görürük", - deyə o qeyd edib.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır