BİRJA

QIZILDA BAHALAŞMA, NEFTDƏ UCUZLAŞMA
13 SENTYABR
125

QIZILDA BAHALAŞMA, NEFTDƏ UCUZLAŞMA

2019-09-13 12:41:00

Beynəlxalq maliyyə bazarlarında ticarət aktivliyinin artmasının gələcək günlərdə də davam edəcəyi proqnozlaşdırılır.

Qızılda bahalaşma, Neftdə ucuzlaşma. 

Beynəlxalq valyuta birjalarında Avropa Mərkəzi Bankının yeni maliyyə qərarından sonra EUR/USD məzənnəsi 1.11$-a kimi bahalaşıb. Bankın iqtisadiyyata dəstək olması üçün istiqraz alışı proqramını bərpa etməsi, investorlar tərəfindən müsbət qarşılanıb. Lakin dünyada cari iqtisadi və siyasi risklər, xüsusilə də sazişsiz Breksit ehtimalları artarsa, bu, yenidən avronun ucuzlaşmasına səbəb ola bilər.

Qızılda bahalaşma ehtimalları gündəmdə. Əlvan metallar birjalarında da qızılın qiyməti 1498$-a kimi bahalaşıb. Təhlillərə əsasən, qiymət 1479$-ın üzərində qaldıqca, 1557$-a kimi bahalaşma ehtimalları güclü olaraq qalır. Neft qiymətləri təzyiq altındadır. 

Enerji birjalarında isə neft qiymətləri dünya iqtisadiyyatının zəifləməsi ilə əlaqədar olaraq tələbin azalması fonunda təzyiq altındadır. Bununla yanaşı, İraq və Nigeriyanın son vaxtlar iyul ayında qərara alınan “OPEC+” razılaşmasına da sadiq qalmamaları və Amerikanın ucuz şist nefti ilə bazarda təklifi artırması, qiymətlərin ucuzlaşmasına səbəb olur. Belə ki, Avropanın Brent markalı neftinin bir barel qiyməti ucuzlaşaraq, bu gün 60$-a ticarət edilir. Təhlillərə əsasən, 59$ dəstək səviyyəsi də qırılarsa, qiymətlər 56$-a kimi dəyər itirə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır