BİRJA

AMB VƏ FED FAİZ QƏRARLARI
10 SENTYABR
109

AMB VƏ FED FAİZ QƏRARLARI

2019-09-10 14:16:00

Avropa Mərkəzi Bankının (AMB) cümə axşamı son üç ildə ilk dəfə faiz azaldılmasına gedə biləcəyi qərarı öncəsi dünya birjalarında ticarət aktivliyinin azaldığı müşahidə edilir. 

Amerika Mərkəzi Bankının (FED) uçot faiz dərəcələrində faiz azaldılmasına gedə biləcəyi ehtimallarına təsir edə biləcək hadisələr də diqqət mərkəzindədir. 

Bununla yanaşı, İngiltərədə daxili siyasi proseslər də risk iştahının azalmasına səbəb olmaqdadır. 

Beləliklə, EUR/USD məzənnə 1.11, GBP/USD məzənnəsi 1.24$-ın altında ticarət edilməkdədir. 

Enerji birjalarında isə Avropanın Brent markalı neftinin bir barel qiyməti 63$-a ticarət edilir və sözügedən səviyyənin üzərində ticarət edilməkdə davam edərsə, bu, 65$-a kimi bahalaşa biləcəyi proqnozlarını da artıracaqdır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır