BİRJA

Azərbaycanda 100 minə vertolyot satılır - HƏRRAC
03 SENTYABR
195

Azərbaycanda 100 minə vertolyot satılır - HƏRRAC

2019-09-03 10:50:00

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac 1 oktyabr tarixində keçiriləcək.

Fins.az xəbər verir ki, oktyabrın ilk hərracına ümumilikdə 27 dövlət əmlakı çıxarılıb. Onlardan 22-si səhmdar cəmiyyəti, 5-i nəqliyyat vasitəsi və müxtəlif çeşidli avadanlıqlardır.

Səhmdar cəmiyyətləri nəqliyyat, sənaye, tikinti, xidmət və digər sahələrə aiddir. İri müəssisələrdən biri Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsindəki “Şəmkir” Açıq Səhmdar Cəmiyyətidir. Ümumi nizamnamə kapitalının 30%-lik həcmində səhm paketi özəlləşdiriləcək dövlət əmlakının ərazisində inzibati bina, müxtəlif təyinatlı anbarlar, qazanxana və digər binalar var.

Qeyd edək ki, hərraca hava nəqliyyat vasitəsi - vertolyot da çıxarılacaq (100 min manat).

Özəlləşdirməyə çıxarılmış bütün dövlət əmlakları haqqında ətraflı məlumat əldə etmək və hərraclara qoşulmaq istəyən şəxslər komitənin rəsmi saytına (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır