BİRJA

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək- Dəqiq tarix
15 İYUL
179

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək- Dəqiq tarix

2019-07-15 16:05:00

16 iyul 2019-cu il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir;

Dövlət istiqrazının növü Faizli, ortamüddətli dövlət istiqrazları
Qiymətli kağızın ISIN kodu AZ0105013756
Emissiya həcmi 20 000 000 AZN
Nominal dəyəri 100 AZN
İstiqrazların tədavül müddəti 728 gün
Faiz ödənişləri (olduqda) 14 yanvar 2020-cu il, 14 iyul 2020-ci il, 12 yanvar 2021-ci il, 13 iyul 2021-ci il
Faiz gəliri 8 %
Ödəmə tarixi 13.07.2021
Anderrayter Paşa Kapital İŞ

 

QSC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır