BİRJA

"Bakı Fond Birjası"-nın sədri vəzifəsini kim icra edir?- Dosye
15 İYUL
209

"Bakı Fond Birjası"-nın sədri vəzifəsini kim icra edir?- Dosye

2019-07-15 15:56:00

Fins.az-ın məlumatına görə , "Bakı Fond Birjası"-nın sədri vəzifəsini Eldar Abdullayev icra edir. Bu barədə məlumat "Bakı Fond Birjası"-nın rəsmi internet saytında qeyd olub. Məlumatda bildirilir ki, 4 fevral 1972-ci ildə anadan olan Abdullayev Eldar Faiq oğlu  1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinı fərqlənmə diplomu ilə bitirib. O, 2006 Azərbaycan Dövlət Neft Akademiyası MBA proqramı üzrə magistr təhsili alaraq,  “Bakı Banklararası Valyuta Birjası” QSC-də Qiymətli Kağızlar Departamentinin direktoru vəzifəsində əmək fəaliyyətinə başlayıb.. Müxtəlif komersiya banklarında İdarə Heyətinin üzvü vəzifəsində işləyən Eldar Abdullayev 2017-ci ildə “Günay Bank” ASC-nin İdarə Heyəti Sədrinin müavini vəzifəsini icra edib. O, 28 yanvar 2019-cu ildə “Bakı Fond Birjası” QSC-də Əməliyyat və İnformasiya Texnologiyaları üzrə direktor vəzifəsinə təyin edilmiş,3 iyun 2019-cu il tarixindən “Bakı Fond Birjası” QSC-nin Səhmdarlarının Ümumi Yığıncağının qərarı ilə İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edir. 

Qeyd edək ki, Bakı Fond Birjasının keçmiş sədri Vüqar Namazov  3 iyun 2019-cu il tarixində Bakı Fond Birjası” (BFB) QSC-nin Səhmdarlarının Ümumi Yığıncağında öz istəyi ilə işdən azad olunub. 

Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır