BİRJA

Kerri treyd nədir və sistemi necə “aldatmaq” olar?
15 İYUL
160

Kerri treyd nədir və sistemi necə “aldatmaq” olar?

2019-07-15 10:12:00

Fins.az-ın məlumatına görə, Kerri Treyd  - Fərqli, maraqlı və spesifikliyi ilə seçilən ticarət strateqiyasıdır. Digər strateqiyalardan əsas fərqi, az riskli olması və stabil gəlir gətirməsidir.

Kerri treyd nədir və sistemi necə “aldatmaq” olar? 

Tərcümədə ticarət aparmaq mənasına gəlsədə dilimizə tam dəqiq olaraq tərcümə olunmur. Sadəcə birja termini kimi qəbul olunur. Keçən əsrin 80 - cı illərində bazar iştirakçıları bu strateqiyadan aktiv olaraq istifadə etməyə başlayıblar ( hedc fondların popularlaşdığı dövrdə ). Bu sistemin əsas üstünlüyü uzun müddət sizə gəlir verə biləçəsi və terminal önündə çox az zaman keçirməyinizdir. 

Kerri treyd ticarəti mahiyəti - az faiz dərəcəsi olan valyutanın alınması və o pulların çox faiz dərəcəsi olan valyutaya yatırılmasıdır. Qısa olaraq belə təsəvvür etmək olar:

Hardan pul qazanmaq olar? → kredit götürmək → illik faiz dərəcəsi 8% → və bu pullari 12% lik depozitə qoymaq → asan gəlir.!!! 

Təsəvvür edin ki, siz 8% - lə kredit götürürsünüz və bu pulları digər bankda 12% depozitə qoyursunuz. Aylıq gəlir kreditinizi ödəyir və siz təmiz olaraq 4% pul qazanırsınız. Bundan əlavə istifadə etdiyiniz pul sizin deil və riskiniz sadəcə depozit qoyduğunuz bankın əməliyyat müddətində bankrot olmasıdır. 

Adi həyatda bu şərtlər altında bank tapıb əməliyyatı etmək çətindir ancaq maliyyə bazarlarında ( Forex ) əməliyatı həyata keçirmək asandır. Tək etməli olduğunuz kapital tapmaq və güvənilir forex brokerlə müqavilə bağlamaqdır. 

Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır