BİRJA

BFB-nin dövriyyəsi 24% azalıb
12 İYUL
83

BFB-nin dövriyyəsi 24% azalıb

2019-07-12 11:13:00

Bu ilin yanvar-iyun aylarında Bakı Fond Birjasının (BFB) dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 24,3% azalaraq 8,884 mlrd. manat təşkil edib.

BFB-dən Fins.az verilən məlumata görə, hesabat dövründə BFB-də dövlət qiymətli kağızlar üzrə dövriyyə ötən ilin analoji dövrü ilə müqayisədə 10,8% artaraq 6,656 mlrd. manat təşkil edib.

Hesabat dövründə səhmlərin dövriyyəsi 53,3 dəfə azalaraq 1,286 mln. manat, istiqrazların dövriyyəsi 10,4% azalaraq 301,9 mln. manat, repo əməliyyatları üzrə dövriyyə 6,1% azalaraq 437,8 mln. manat, törəmə alətlərinin dövriyyəsi isə 3,3 dəfə azalaraq 1,487 mlrd. manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9102
  • ₽ RUB
    0.027