BİRJA

Azərbaycan nefti 2 dollar ucuzlaşıb
03 İYUL
131

Azərbaycan nefti 2 dollar ucuzlaşıb

2019-07-03 11:05:00

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 2,03 ABŞ dolları və yaxud 3,04% azalıb.

Fins.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 64,72 dollar təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır