BİRJA

Neftin qiyməti mayın 23-dən bəri ilk dəfə 60 dolları üstələyib
01 İYUL
247

Neftin qiyməti mayın 23-dən bəri ilk dəfə 60 dolları üstələyib

2019-07-01 11:58:00

WTI markalı neftin avqustda çatdırılma ilə fyuçers qiyməti 60 dollar/barel həddini aşıb.

Fins.az "Kommersant"a istinadən xəbər verir ki, bu neftin qiyməti son dəfə belə səviyyəyə bu il mayın 23-də yüksəlmişdi.

ICE birjasındakı əməliyyatlarda neftin qiyməti 2,63% artaraq 60,05 dollar/barel təşkil edib.

"Brent" markalı neftin sentyabr fyuçerslərinin qiyməti isə 2,73% artaraq 66,56 dollara çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır