BİRJA

İki yüz milyonluq hərrac keçirilib
25 İYUN
234

İki yüz milyonluq hərrac keçirilib

2019-06-25 17:25:00

Mərkəzi Bankın Qısamüddətli Notları yerləşdirilməsi üzrə hərrac keçirilib. Bakı Fond Birjasından Fins.az-a daxil olan məlumata görə, hərrac iyunun 25-də Bakı Fond Birjasında Mərkəzi Bankın (AMB) 50100976S dövlət qeydiyyat nömrəli, 200 mln manat həcmində, 29 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə keçirilib.

Hərrac zamanı 16 investor tərəfindən qiyməti 99.4787 AZN (6.51%) olan 22 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 727,692,700.00 AZN olub.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.4787 AZN (6.51%), orta ölçülmüş qiyməti 99.4787 AZN (6.51%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200 000 000.00 AZN təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır