BİRJA

Lufthansa-nın səhmləri öz açıqlaması ilə kəskin ucuzlaşdı
18 İYUN
145

Lufthansa-nın səhmləri öz açıqlaması ilə kəskin ucuzlaşdı

2019-06-18 14:43:00

Almaniyanın hava yolu şirkəti Lufthansa, Avropada daxilində hava yolu şirkətləri arasında artan rəqabət səbəbilə bu il üçün mənfəət hədəfini aşağı salıb.

Fins.az Marja-ya istinadən xəbər verir ki, Lufthansa-dan verilən açıqlamaya görə, daha əvvəl, bu il üçün 2,4 - 3 milyard avro faiz və vergidən əvvəli mənfəət (EBIT) hədəfləyən şirkət, bunu 2 - 2,4 milyard avroya endirib. 

Lufthansa-nın açıqlamasından sonra hava yolu şirkətlərinin səhmləri ucuzlaşıb.

Lufthansa-nın səhmləri təxminən 12% dəyər itirərək 15,64 avroya geriləyib. Air France KLM-in səhmləri 4,27% və EasyJet-in səhmləri 4,37% dəyər itirib.

Fransanın təyyarə istehsalçısı Airbus-un, Paris Aviasiya sərgisində yeni təyyarə modeli A321XLR-i təqdim etməsindən sonra səhmləri 2,1% bahalaşaraq 125 avroya yüksəlib.

Lufthansa, Avropanın qısaməsafəli uçuş bazarındakı gəlirliliyin azalmasına, bazar paylarını artırmaq üçün əhəmiyyətli itkinləri qəbul etməyə istəkli daşıyıcıların səbəb olduğunu qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır