BİRJA

Nazirlik hərrac keçirəcək
04 İYUN
189

Nazirlik hərrac keçirəcək

2019-06-04 16:09:00

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Fins.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, 11 iyun 2019-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac olacaq.

Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib; 

Dövlət istiqrazının növü

Faizli, ortamüddətli dövlət istiqrazları

Qiymətli kağızın ISIN kodu

AZ0105010752

Emissiya həcmi

20 000 000 AZN

Nominal dəyəri

100 AZN

İstiqrazların tədavül müddəti

728 gün

Faiz ödənişləri (olduqda)

10 dekabr 2019-cu il, 09 iyun 2020-ci il, 08dekabr 2020-ci il, 08 iyun 2021-ci il

Faiz gəliri

8 %

Ödəmə tarixi

08.06.2021

Anderrayter

Paşa Kapital İŞ QSC

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır