BİRJA

Metak istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
17 MAY
253

Metak istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

2019-05-17 16:43:00

17 may 2019-ci il tarixində Bakı Fond Birjasında “Met-Ak”MMC-nin AZ2003020271 ISIN-li, 3 mln manat həcmində, 1 il (366 gün) tədavül müddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Yerləşdirmə zamanı hərrac qiyməti 1000,00 AZN olmuşdur. Sifarişlər 8 investor tərəfindən təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 3 mln manat olmuşdur. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 3 mln manat təşkil etmişdir. İstiqrazların ödəmə tarixi 17 may 2020-ci ildir. “Met-Ak”MMC-nin istiqrazları Bakı Fond Birjasının standart bazar seqmentində listinqdədir.

Qeyd edək ki, yerləşdirmənin anderrayteri “Unicapital İnvestisiya Şirkəti” idi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257