BİRJA

Nazirliyin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
16 MAY
203

Nazirliyin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

2019-05-16 17:23:00

Mayın 21-də Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcək. Fins.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib; 

Dövlət istiqrazının növü

Faizli, ortamüddətli dövlət istiqrazları

Qiymətli kağızın ISIN kodu

AZ0106009753

Emissiya həcmi

15 000 000 AZN

Nominal dəyəri

100 AZN

İstiqrazların tədavül müddəti

1092 gün

Faiz ödənişləri (olduqda)

19 noyabr 2019-cu il, 19 may 2020-ci il, 17 noyabr 2020-ci il, 18 may 2021-ci il, 16 noyabr 2021-ci il, 17 may 2022-ci il

Faiz gəliri

9 %

Ödəmə tarixi

17.05.2022

Anderrayter

Paşa Kapital İŞ QSC

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257