BİRJA

200 milyonluq hərrac keçirilib
16 MAY
151

200 milyonluq hərrac keçirilib

2019-05-16 15:16:00

Azərbaycan Respublikasının Mərkəzi Bankının Qısamüddətli Notları yerləşdirilməsi üzrə hərrac keçirilib. Fins.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, mayın 15-də Birjada Mərkəzi Bankın (AMB) 50100376S dövlət qeydiyyat nömrəli, 200 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac olub.

Hərrac zamanı 15 investor tərəfindən qiyməti 99.4773 AZN (6.76%) olan 23 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 720,098,400.00 AZN oub. AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.4773 AZN (6.76%), orta ölçülmüş qiyməti 99.4773 AZN (6.76%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200,000,000.00 AZN təşkil edib .

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır