BİRJA

Hərrac keçiriləcək
14 MAY
121

Hərrac keçiriləcək

2019-05-14 15:44:00

Mərkəzi Bankın Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Fins.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, mayın 15-də BFB-də Mərkəzi Bankın (AMB) qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac olacaq.

Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq. Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib:

Dövlət

qeydiyyat №-si

50100376S

Hərraca

Çıxarılan

həcm

200 000 000 AZN

Notun

Nominal

dəyəri

100 АZN

Notların

tədavül

müddəti

 28gün

Ödəmə

tarixi

12.06.2019

Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən  (1 rəqabətli və 1 qeyri-rəqabətli) artıq olmamalıdır. Hərrac zamanı, Notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir. AMB qısa müddətli notlarının alıcıları yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar ola bilər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271