BİRJA

İki investisiya şirkətində yeni təyinat olub
14 MAY
162

İki investisiya şirkətində yeni təyinat olub

2019-05-14 10:35:00

“PSG Kapital İnvestisiya Şirkəti” QSC-nin direktor müavinləri Cəfər İbrahimli və Nəriman Yaqubov vəzifələrini tərk ediblər. Fins.az xəbər verir ki, C.İbrahimli əmək fəaliyyətini Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin direktor müavini, Nəriman Yaqubov isə “BTB Kapital İnvestisiya Şirkəti” ASC-nin Portfel idarəçiliyi departamentinin direktoru kimi davam etdirir.

“PSG Kapital”a isə yeni direktor müavini təyin olunub. Bu, indiyə qədər “Gilan Holdinq” MMC-nin törəmə strukturu - “United Enterprices Azerbaijan” MMC-nin büdcə şöbəsinin müdiri olan Fəxri Səttarovdur. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır