BİRJA

Səhmləri ucuzlaşdı - 655 milyon dollar itirdilər
13 MAY
115

Səhmləri ucuzlaşdı - 655 milyon dollar itirdilər

2019-05-13 17:59:00

Onlayn taksi xidməti ilə məşğul olan "Uber" şirkəti ötən həftə Nyu-York fond birjasında səhmlərinin ilkin ictimai yerləşdirilməsini (IPO) həyata keçirib.

Fins.az xəbər verir ki, xarici KİV-lərin yazdığına görə, cümə günü 45 dollardan əməliyyata başlayan "Uber" səhmləri elə ilk gündən ucuzlaşıb. Belə ki, şirkətin səhm dəyəri 6,7% ucuzlaşaraq 41,70 dollara enib. 

Ucuzlaşmanın ardından "Uber"in bazar dəyəri 75,5 milyard dollardan 69,7 milyard dollara enib.

Qeyd edək ki, səhmləri əməliyyat günündən əvvəl 45 dollara əldə edən səhmdarlar isə təqribən 655 milyon dollar itirib. Florida Universitetinin professoru Cey Ritr "Uber"in ilk İPO günündən səhmdarlarını məbləğ olaraq ən çox zərərə salan şirkət olduğunu bildirib.

© Finans

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9005
  • ₽ RUB
    0.0263