BİRJA

22 minlik səhm paketi satıldı
08 MAY
314

22 minlik səhm paketi satıldı

2019-05-08 10:24:00

“Bakı Fond Birjası”nda mayda “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) səhmlərinin alqı-satqısı üzrə 2 əqd bağlanılıb.

Fins.az-ın məlumatına görə, təkrar bazarda bankın hər birinin nominal dəyəri 0,27 manat olan 10,7 minlik (2 886 manatlıq), 12 minlik (3 240 manatlıq) səhm paketləri satılıb. Alqı-satqıda iştirak edən tərəflər haqda məlumat açıqlanmır.

Qeyd edək ki, 2019-cu ildə bankın səhmlərinin alqı-satqısı üzrə artıq 5 əqd bağlanıb. Belə ki, martın ortalarında təkrar bazarda Beynəlxalq Bankın 50 minlik (13 500 manatlıq), ötən ayda isə 14 minlik (3 780 manatlıq) və 13 minlik (3 510 manatlıq) səhm paketi satıldı.

Xatırladaq ki, “Azərbaycan Beynəlxalq Bankı”nın səhmlərinin 91,40%-i Maliyyə Nazirliyinə, 3,76%-i Əmlak Məsələri Dövlət Komitəsinə,0,11%-i “Aqrarkredit” QSC-yə, 0,32%%-i hüquqi və 4,42%-i fiziki şəxslərə məxsusdur.

© Finans

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9102
  • ₽ RUB
    0.027