BİRJA

Nazirliyin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
23 APREL
116

Nazirliyin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

2019-04-23 17:26:00

Aprelin 23-də Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ 0106007757ISIN-li, 15mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Fins.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, hərrac zamanı 7 investor tərəfindən qiymət intervalı 95.4897 AZN (10.8000%) və 100.2583 AZN (8.9000%) olan 10 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 97.7122 AZN (9.9000%), orta ölçülmüş qiyməti 98.2071 (9.7031%) müəyyən edilib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 23,290,500.00 AZN yerləşdirilmiş, həcmi isə 14,189,700.00 AZN təşkil edib. Hərrac iştirakçıları 24 aprel 2019-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd edək ki, istiqrazların ödəmə tarixi 19.04.2022-ci ildir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271