BİRJA

25 milyonluq hərrac keçirilib
17 APREL
123

25 milyonluq hərrac keçirilib

2019-04-17 10:29:00

Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0104004749 ISIN-li, 25mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Fins.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, hərrac zamanı 18 investor tərəfindən qiyməti intervalı 90.9544 AZN (10.0000%) və 93.4100 AZN (7.0937%) olan 28 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 92.4768 AZN (8.1800%), orta ölçülmüş qiyməti 93.0444 AZN (7.5167%) müəyyən edilib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 83 441 300.00 AZN yerləşdirilmiş həcmi isə 25mln. manat təşkil edib. İstiqrazların ödəmə tarixi  14 aprel 2020-ci  il. Hərrac iştirakçıları 17 aprel 2019-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9097
  • ₽ RUB
    0.0264