BİRJA

Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçiriləcək
16 APREL
114

Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçiriləcək

2019-04-16 15:42:00

Mərkəzi Bankının Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Fins.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, aprelin 17-də Bakı Fond Birjasında (BFB) Mərkəzi Bankın (AMB) qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərracı keçiriləcək. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.

Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib: 

Dövlətqeydiyyat №-si

501016873S

Hərracaçıxarılanhəcm

300 000 000 AZN

Notunnominaldəyəri

100 АZN

Notlarıntədavülmüddəti

 28gün

Ödəmətarixi

15.05.2019

Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən  (1 rəqabətli və 1 qeyri-rəqabətli) artıq olmamalıdır. Hərrac zamanı, Notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.

AMB qısa müddətli notlarının alıcıları yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar ola bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272