BİRJA

Nazirliyin istiqrazları üçün hərrac olacaq
11 APREL
116

Nazirliyin istiqrazları üçün hərrac olacaq

2019-04-11 15:47:00

Aprelin 16-da Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazları (DQİ) üzrə hərrac keçiriləcək. Fins.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib;

Dövlət istiqrazının növü

Diskontlu, qısamüddətli dövlət istiqrazları

Qiymətli kağızın ISIN kodu

AZ0104004749

Emissiya həcmi

25 000 000 AZN

Nominal dəyəri

100 AZN

İstiqrazların tədavül müddəti

364 gün

Ödəmə tarixi

14.04.2020

Anderrayter

Paşa Kapital İŞ QSC

 

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266