BİRJA

Daha bir hərracın nəticələri açıqlandı
10 APREL
94

Daha bir hərracın nəticələri açıqlandı

2019-04-10 10:32:00

Aprelin 9-da Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0105006750ISIN-li, 20mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib. Fins.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, hərrac zamanı 6 investor tərəfindən qiymət intervalı 97.2374 AZN (9.5500%)və 101.0231 AZN (7.4400%) olan 11 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti98.3837 AZN (8.900%), orta ölçülmüş qiyməti 99.8579 AZN (8.0783%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 29,066,600.00AZN yerləşdirilmiş həcmi isə 20,000,000.00 AZN təşkil edilib.

İstiqrazların ödəmə tarixi 06.04.2021-ci il.

Hərrac iştirakçıları 10 aprel 2019-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266