BİRJA

Bakı Fond Birjasında hərrac olacaq
04 APREL
158

Bakı Fond Birjasında hərrac olacaq

2019-04-04 17:49:00

Aprelin 9-da Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcək. Bakı Fond Birjasından Fins.az-a verilən məlumata görə, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq.

İstiqrazların buraxılış parametrləri barədə məlumatla aşağıdakı cədvəldə tanış ola bilərsinizr;

Dövlət istiqrazının növü

Faizli, ortamüddətli dövlət istiqrazları

Qiymətli kağızın ISIN kodu

AZ0105006750

Emissiya həcmi

20 000 000 AZN

Nominal dəyəri

100 AZN

İstiqrazların tədavül müddəti

728 gün

Faiz ödənişləri (olduqda)

8 oktyabr 2019-cu il, 7 aprel 2020-ci il, 6oktyabr 2020-ci il, 6 aprel 2021-ci il

Faiz gəliri

8 %

Ödəmə tarixi

06.04.2021

Anderrayter

Paşa Kapital İŞ QSC

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.902
  • ₽ RUB
    0.0265