BİRJA

Avro və qızıl diqqət mərkəzində
04 APREL
150

Avro və qızıl diqqət mərkəzində

2019-04-04 12:11:00

Beynəlxalq maliyyə bazarlarında bu gün zəif ticarət aktivliyi gözlənilir, lakin cümə günü aktivlik daha da arta bilər. Avro və qızıl diqqət mərkəzində.

Avroda 1.13$-a kimi bahalaşma proqnozları

Beynəlxalq valyuta birjalarında EUR/USD məzənnəsi 1.1246$-ın üzərində möhkəmlənərsə, 1.1331$-a kimi bahalaşa biləcəyi proqnozlaşdırılır.

Qızılda 1300$-a kimi bahalaşma proqnozları

Əlvan metallar bazarlarında da qızılın qiymətində müşahidə edilən bahalaşma investorların diqqət mərkəzindədir və 1300$-a kimi dəyər qazana biləcəyi proqnozları da güclü olaraq qalır.

İnvestorların diqqəti cümə günündə

Bununla yanaşı, bu gün maliyyə bazarlarında güclü dalğalanmaya səbəb ola biləcək fundamental göstəricilərin açıqlanması gözlənilməsə də cümə günü önəmlidir. Belə ki, Bakı vaxtı ilə saat 16:30-da ABŞ-ın əmək bazarı ilə bağlı vacib statistik məlumatlar yayımlanacaqdır.

© Banco.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.902
  • ₽ RUB
    0.0265