BİRJA

Nazirliyin istiqrazlarının yerləşdirilməsi üçün hərrac olacaq
14 MART
147

Nazirliyin istiqrazlarının yerləşdirilməsi üçün hərrac olacaq

2019-03-14 15:20:00

Martın 19-da Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcək. Fins.az xəbər verir ki, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq. İstiqrazların buraxılış parametrləri barədə məlumatla aşağıdakı cədvəldə tanış ola bilərsiniz: 

Dövlət istiqrazının növü

Faizli, ortamüddətli dövlət istiqrazları

Qiymətli kağızın ISIN kodu

AZ0106005751

Emissiya həcmi

15 000 000 AZN

Nominal dəyəri

100 AZN

İstiqrazların tədavül müddəti

1092 gün

Faiz ödənişləri (olduqda)

17 sentyabr 2019-cu il, 17 mart 2020-ci il, 15 sentyabr 2020-ci il, 16 mart 2021-ci il, 14 sentyabr 2021-ci il, 15 mart 2022-ci il

Faiz gəliri

9 %

Ödəmə tarixi

15.03.2022

Anderrayter

Paşa Kapital İŞ QSC

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262