BİRJA

Daha bir hərrac keçiriləcək
14 MART
125

Daha bir hərrac keçiriləcək

2019-03-14 13:55:00

 

Martın 15-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu ASC – nin ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Fins.az-ın məlumatına görə, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq. İstiqrazların buraxılış parametrləri barədə məlumatla aşağıdakı cədvəldə tanış ola bilərsiniz:

Qiymətli kağızın ISIN kodu

AZ2035008682

Emissiya həcmi

20 000 000 AZN

Nominal qiyməti

1000 АZN

Hərrac qiyməti

1008.8333 AZN

İstiqrazların tədavül müddəti

23 il (8280 gün)

Faiz dərəcəsi

3 %

Faiz gəlirinin ödəniş müddəti

6 aydan bir (180 gün)

Anderrayter

PSG-Kapital İŞ QSC

Təqdim edilən sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcək. AİF-in ipoteka istiqrazlarının baza emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9143
  • ₽ RUB
    0.0267