BİRJA

Daha bir hərrac keçirilib
06 MART
111

Daha bir hərrac keçirilib

2019-03-06 11:54:00

“Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin AZ0105004755 ISIN kodlu, tədavül müddəti 728 gün olan 20 milyon manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirilib. Fins.az xəbər verir ki, nazirlikdən bildirilib ki, AZ0105004755 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 64,5 milyon manat təşkil edib.

Maliyyə Nazirliyi tərəfindən 20 milyon manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 100.9128 (gəlirlilik 7,5 faiz) səviyyəsində müəyyən olunub. İstiqrazların ödəmə müddəti 2021-ci il martın 2-sidir.

© AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264