BİRJA

Yanvarda Azərbaycanda gündəlik neft hasilatı bu qədər olub
11 FEVRAL
96

Yanvarda Azərbaycanda gündəlik neft hasilatı bu qədər olub

2019-02-11 17:21:00

Azərbaycanda yanvar ayı üzrə sutkalıq neft hasilatı 793 min barrel olub. Fins.az xəbər verir ki, Energetika Nazirliyindən bildirilib ki, bunun 720 min barreli xam neft, 73 min barreli kondensat olub. Gündəlik 598 min barrel xam neft, 73 min barrel kondensat, 16 min barrel isə neft məhsulları ixrac edilib. Energetika Nazirliyi yanvarda ölkə üzrə gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına göndərib.

Qeyd edək ki, ötən il Azərbaycanın neft hasilatı sutkada orta hesabla 792,6 min barrel olub.

Keçə il dekabrın 7-də Vyanada OPEC-ə üzv və qeyri-üzv dövlətlərin nazirlərinin V görüşündə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı razılıq əldə olunub. Yeni qərara əsasən, bu ilin yanvarından Azərbaycan gündəlik hasilatın təxminən 20 min barrel azaldılması ilə bağlı öhdəlik götürüb.

© AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.927
  • ₽ RUB
    0.0259