BİRJA

(DOİ) Ortamüddətli İstiqrazlar üzrə hərrac keçiriləcək - Nominal dəyər 100 manat
07 FEVRAL
202

(DOİ) Ortamüddətli İstiqrazlar üzrə hərrac keçiriləcək - Nominal dəyər 100 manat

2019-02-07 17:08:00

12 fevral 2019-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir;

Dövlət istiqrazının növü

Faizli, ortamüddətli dövlət istiqrazları

Qiymətli kağızın ISIN kodu

AZ0105002759

Emissiya həcmi

20 000 000 AZN

Nominal dəyəri

100 AZN

İstiqrazların tədavül müddəti

728 gün

Faiz ödənişləri (olduqda)

13 avqust 2019-cu il, 11 fevral 2020-ci il, 11 avqust 2020-ci il, 9 fevral 2021-ci il

Faiz gəliri

8 %

Ödəmə tarixi

09.02.2021

Anderrayter

Paşa Kapital İŞ QSC

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262