BİRJA

Bitkoini olanlara şad xəbər
06 FEVRAL
169

Bitkoini olanlara şad xəbər

2019-02-06 15:56:00

Yaxın aylarda bitkoinin qiyməti iki dəfə artaraq 2019-cu ilin sonunadək 7000 ABŞ dollarını ötəcək. Fins.az xəbər verir ki, “Finder” maliyyə portalının apardığı sorğuda iştirak edən maliyyə analitiklərinin əksəriyyəti buna əmindir. “Digital Capital Management” şirkətinin icraçı direktoru Ben Riçi təsdiqləyir ki, əsas kriptovalyuta dekabr ayı üçün 9500 ABŞ dollarınadək bahalaşa bilər. Mütəxəssisin sözlərinə görə, investorların bitkoinə marağı durmadan artır. Rəqəmsal pulların kütləvi tətbiq edilməsi onların qiymətlərinin kəskin şəkildə artmasına gətirib çıxaracaq. Analitik Trevis Klinq əlavə edib ki, ABŞ Federal Rezerv Sisteminin siyasəti kriptovalyutanın mövqeyinə müsbət təsir göstərəcək. Amerika tənzimçisi faiz dərəcəsinin artmasından imtina edəcəyi təqdirdə, bu, rəqəmsal pullara kapital qoyuluşunun artmasına öz təsirini göstərəcək.

Xatırladaq ki, hazırda bitkoinin orta bazar qiyməti 3420 ABŞ dolları təşkil edir. Ötən günlərlə müqayisədə pul vahidi 1,2 faiz ucuzlaşıb.

“Bitwise” hedj-fondunun yanvarın sonlarında apardığı sorğuda ABŞ-dan olan 150 maliyyə məsləhətçisi iştirak edib. Onlardan 58 faizi bitkoinə ETF (birja fondlarında satılan) vasitəsilə sərmayə yatırmağa üstünlük verdiklərini bildiriblər. Həmçinin rəyi soruşulanların 54 faizi rəqəmsal pulların öz portfellərinə yerləşdirilməsi üçün bazarın daha şəffaf nizamlanmasını gözləyirlər.

© AZƏRTAC 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.927
  • ₽ RUB
    0.0259