BİRJA

"Bitcoin"-lə bağlı yeni xəbər
06 FEVRAL
198

"Bitcoin"-lə bağlı yeni xəbər

2019-02-06 09:41:00

"Bitcoin"nin məzənnəsi son 24 saat ərzində 1,20% ucuzlaşaraq 3 418 ABŞ dolları olub. Nəticədə kriptovalyutanın bazar dəyəri 59,900 mlrd. dollar təşkil edib. Fins.az xəbər verir ki, ilk yüzlükdə qərar tutan kriptovalyutaların 82%-i dəyərdən düşüb. Rəqəmsal valyuta bazarının toplam həcmi 111,421 mlrd. dollar təşkil edib. “Ripple”ın məzənnəsi 1,91% azalaraq 0,292 dollar olub. Altkoinin bazar dəyəri 12,046 milyard dollar həddində qərarlaşıb. "Ethereum" son sutkada 3,39% dəyər itirməklə 104 dolların altında mübadilə edilir. Bu kriptopulun kapitallaşması 10,856 milyard dollara düşüb. İlk onluqda yeganə dəyər qazanan altkoin “Tether” olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257