BİRJA

Bu kriptovalyuta 6% dəyər itirdi
14 YANVAR
193

Bu kriptovalyuta 6% dəyər itirdi

2019-01-14 10:30:00

"Bitcoin"nin məzənnəsi son 24 saat ərzində 2,57% ucuzlaşaraq 3 572 ABŞ dolları olub. Nəticədə kriptovalyutanın bazar dəyəri 62,456 mlrd. dollara kimi azalıb. Fins.az xəbər verir ki, ilk yüzlükdə qərar tutan kriptovalyutaların 87%-i dəyərdən düşüb. Rəqəmsal valyuta bazarının toplam həcmi 118,352 mlrd. dollar təşkil edib. “Ripple”ın məzənnəsi 2,25% azalaraq 0,323 dollar olub. Altkoinin bazar dəyəri 13,256 milyard dollar həddində qərarlaşıb. "Ethereum" son sutkada 5,98% dəyər itirməklə 126 dolların altında mübadilə edilir. Bu kriptopulun kapitallaşması 12,352 milyard dollara düşüb. İlk onluqda ən kəskin ucuzlaşan altkoin “Bitcoin SV”dir.

"СoinМarketСap"in Bakı vaxtı ilə saat 08.30-ə olan məlumatları aşağıdakı kimidir.

© Finans

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272