BİRJA

İşləmədən də qazanc əldə etmək olar - Amma necə?
11 YANVAR
468

İşləmədən də qazanc əldə etmək olar - Amma necə?

2019-01-11 17:18:00

İşləmədən səhmlərin hesabına yaşamaq olar? Fins.az-ın bu sualına AzFinance İnvestisiya şirkətindən cavab verilib. 

Bakı/12:16/Xeybər Heydərov/Fins.az

Səhm sahibi düzgün qaydada investisiya portfelini formalaşdırmaqla özünə mütəmadi dividend axınını təmin edə bilər. Belə formada əldə edilən passiv gəlir hesabına işləmədən yaşamaq mümkündür. Qeyd etmək lazımdır ki, dividendlərin həcmi ilk növbədə yatırılan investisiyaların həcmindən asılıdır. Dividend hesabına yaşamaq istəyən investor ilk növbədə öz portfelinin əsas hissəsini mənfəətlə işləyən şirkətlərin və daşınmaz əmlak sektoruna aid şirkətlərin səhmlərinə, və ya stabil gəlirli kağızlara investisiya edən ETF fondlara (birjada ticarət olunan fondlara) vəsait yatırmalıdır. Yuxarıda qeyd edilən kağızlara düzgün şəkildə investisiya etməklə və portfeli düzgün şəkildə formalaşdırmaqla, investor nəinki illik və ya aylıq əsasda, hətta hər həftə dividend əldə edə bilər. ABŞ, Kanada, Böyük Britaniya, Almaniya, Yaponiya kimi kapital bazarları inkişaf etmiş ölkələrdə dividendlər əhalinin gəlirlərində mühüm yer tutur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9398
  • ₽ RUB
    0.0254