BİRJA

"Bitcoin"-i olanlara üzücü xəbər
11 YANVAR
330

"Bitcoin"-i olanlara üzücü xəbər

2019-01-11 17:15:00

"Bitcoin"nin məzənnəsi son 24 saat ərzində 9,86% ucuzlaşaraq 3 655 ABŞ dolları olub. Nəticədə kriptovalyutanın bazar dəyəri 63,888 mlrd. dollara kimi geriliyib. Fins.az xəbər verir ki, ilk yüzlükdə qərar tutan kriptovalyutaların 93%-i dəyərdən düşüb. Rəqəmsal valyuta bazarının toplam həcmi 121,955 mlrd. dollara kimi azalıb. “Ripple”ın məzənnəsi 12,84% ucuzlaşaraq 0,329 dollar olub. Altkoinin bazar dəyəri 13,494 milyard dollar həddində qərarlaşıb. "Ethereum" son sutkada 15,51% dəyər itirməklə 129 dolların altında mübadilə edilir. Bu kriptopulun kapitallaşması 13,365 milyard dollara düşüb. İlk onluqda dəyər qazanan yeganə altkoin “Thether” olub.

© Finans

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9097
  • ₽ RUB
    0.0264